Kapello Çempionlar Liqasındakı favoritini açıqladı

İtaliyalı futbol mütəxəssisi Fabio Kapello Çempionlar Liqasının cari mövsümünün favoritinin adını açıqlayıb.

Komanda.az xəbər verir ki, 72 yaşlı mütəxəssis, İtaliya mətbuatına açıqlamasında, “Yuventus”un bu mövsüm ÇL-in qalibi ola biləcəyini deyib:

“Əvvəlcə favoritim “Mançester Siti” idi. Ancaq ÇL-də vacib qarşılaşmalarda Premyer Liqada oynadıqları kimi oynamırlar. Hazırda favorit “Yuventus”u görürəm. Amma onlar ilk növbədə “Ayaks”ı məğlub etməlidirlər. Hollandlar heç bir klubdan qorxmadıqlarını göstərdilər. “Yuventus” “Ayaks”ı keçsə, ÇL-in qalibi olmağa ən böyük namizəddir”.

“Yuventus” ÇL-in 1/4 final mərhələsinin ilk oyununda “Ayaks”la qollu bərabərə qalıb – 1:1. Komandalar arasındakı cavab matçı aprelin 16-da, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button