“Bayern”in futbolçusu 13 milyon avroluq maaşa razılaşmır

“Bayern” müdafiəçisi Alfonso Deyvislə danışıqlar aparıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu kanadalı futbolçuya ildə 13 milyon avro maaş təklif etsə də, hələ də razılıq əldə olunmayıb.

“Bayern”in yeni baş məşqçisi Vensan Kompani Deyvisi komandada saxlamaq istəyir. Müdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsinin bitməsinə bir il qalıb, ona görə də, onun bu yay komandadan ayrılması ehtimalı var.

“Real”ın Deyvis üçün 50 milyon avro təzminat ödəmək niyyətində olmadığı bildirilib. Belədə, “Bayern” oyunçunu bir il ərzində pulsuz itirmək riski ilə üzləşir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button