Kamran Ağayev daha bir il “Səbail”də!

“Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, paytaxt klubu təcrübəli qapıçısı Kamran Ağayevlə yeni müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 35 yaşlı futbolçunun daha 1 il “dənizçilər”in formasını geyinəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Ağayev ötən mövsümdən “Səbail”in sıralarındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button