Kamerun yığması qrupda qaldı, 1/4 finalçılar bəlli oldu

Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş qitə birinciliyində bu gün daha 2 qarşılaşma baş tutub.

D qrupunda Mavritaniya yığması Malini tək qolla yenib və qrup lideri kimi 1/4 finala yüksəlib. E qrupunda isə Niger Kameruna oxşar aqibəti yaşatmaqla pley-offa vəsiqə qazanıb. Kamerun isə sürpriz şəkildə qrupda qalıb.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi
24 yanvar

D qrupu

Mavritaniya – Mali 1:0
Qol
: Mamadu İbrahima, 53.

Xal: Mavritaniya – 3. Anqola – 2. Mali – 1.

E qrupu

Niger – Kamerun 1:0
Qol
: Badamassi, 69.

Xal: Niger – 4. Kamerun – 3. Konqo – 1.

Beləliklə, 1/4 finalda aşağıdakı komandalar qarşılaşacaqlar:

Əlcəzair – Fil Dişi Sahili
Seneqal – Mavritaniya
Madaqaskar – Mozambik
Niger – Qana

Növbəti mərhələnin oyunları 27-28 yanvarda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button