“Kəpəz”in hakimləri təhqir edən məşqçisi diskvalifikasiya olunub

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”la səfər oyununda hakimləri təhqir edən “Kəpəz”in analitiki İlkin Verdiyev AFFA İntizam Komitəsi tərəfindən diskvalifikasiya olunub.

Komanda.az xəbər verir ki, oyun bitdikdən sonra referilərin ünvanına nalayiq ifadələr səsləndirən məşqçiyə ikisi şərti olmaqla 5 oyunluq cəza verilib.

Ona 3 aylıq sınaq müddəti təyin edilib. Analitikin davranışı gəncəliləri 4000 manat ziyana salıb.

Bundan başqa, görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” daha 700 manat cərimələnib.

Oyun “Turan Tovuz”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button