
“Kəpəz”in futbolçusu ilə bağlı şikayət qismən təmin edildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Gənclər Liqasında çıxış edən “Kəpəz” komandasının futbolçusu Amur Yusifovla bağlı şikayəti qismət təmin edib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
AFFA İntizam Komitəsi “Qarabağ”la oyunun 67-ci dəqiqəsində rəqibi təhqir edən və qırmızı vərəqə ilə cəzalanan oyunçunu aprelin 23-də üç oyunluq cəzalandırmışdı. Qərar dəyişilərək üç matçlıq cəzasının 1 oyunu şərti tətbiq ediləcək.
Yusifova üç aylıq sınaq müddəti də verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



