“Kəpəz” daha bir futbolçu ilə vidalaşdı

“Kəpəz” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Komanda.az kluba istinadən xəbər verir ki, müdafiəçi Yusif Nəbiyev Gəncə təmsilçisini tərk edib.

Bu barədə 26 yaşlı cinah oyunçusu “instaqram” səhifəsində paylaşım edib. O, “Hər şeyə görə çox sağ ol, “Kəpəz” yazaraq, komandası ilə vidalaşıb.

Yusif Nəbiyevin karyerasını “Səbail”də davam etdirməsi gözlənilir.

“Kəpəz” daha əvvəl Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmli və Fərid Nəbiyevlə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button