“Kəpəz” bıçaqlanan azarkeşi ilə bağlı açıqlama yaydı

“Kəpəz” klubu Premyer Liqanın 20-ci turu çərçivəsində baş tutan “Səbail”lə səfər oyununda bıçaqlanan azarkeşi ilə bağlı açıqlama yayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rahib adlı azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.

Hazırda onun həyatı üçün təhlükə yoxdur. Xəstəxanada “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş zərərçəkmişi tək buraxmayıblar.

Klubdan verilən məlumatda o da bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən “Səbail” fanatı isə artıq saxlanılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button