“Kəpəz”in baş məşqçisi 5 oyunluq cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda birinci divizionla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 7-ci turunun “Zaqatala” – “Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir;

“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununun 81-ci dəqiqəsində “Neftçi-2” klubunun futbolçusu Famil Camalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimələnir;

“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Kəpəz” klubunun baş məşqçisi Yaşar Vahabzadə hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.