“Kəpəz”də baş məşqçiylə bağlı qərar verildi – rəsmi

“Kəpəz” klubu baş məşqçisi Yaşar Vahabzadənin müqaviləsini yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin icraçı direktoru İlqar Nadiri klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, Vahabzadə ilə 1 illik sözləşmə imzaladıqlarını bildirib.

Yaşar Vahabzadə ötən ilin yayından “Kəpəz”i çalışdırırdı.