Lempardın Jiru ilə bağlı şərtləri

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempard komandadakı gələcəyi müzakirə olunan Olivye Jiru ilə bağlı açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, 33 yaşlı futbolçunun ayrılması ilə bağlı bunları deyib:

“Olivye ilə bağlı heç bir dəyişiklik yoxdur. Onunla söhbət etmişəm. Özünün istədiyi, kluba uyğun, mənə və komandaya sərf edəcək bir təklif olsa, bu haqda düşünəcəyik. Ancaq bütün bu şərtlər mümkün olduqda, onun komandadan ayrılması haqqında danışmaq olar”.

Fransalı futbolçunun adı “Lion”, “Bordo”, “Reyncers”, “İnter” və “Yuventus”la yanaşı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button