“Yuventus” onunla yeni müqavilə imzalamaq istəyir

İtaliyanın “Yuventus” klubu futbolçusu Xuan Kuadradonun müqaviləsinin müddətini artırmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Qoca sinyora” kolumbiyalı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalamaq niyyətindədir.

Kuadrado 2017-ci ilin yayından “Yuventus”da çıxış edir. 33 yaşlı oyunçunun klubla müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button