“Roma” braziliyalı futbolçu ilə müqavilə imzaladı – rəsmi

İtaliyanın “Roma” klubu icarə əsasında komandada çıxış edən Rojer İbanesin transfer hüquqlarını alıb.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilə qədər olan müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İbanes 2020-ci ilin yanvarında icarə əsasında “Atalanta”dan “Roma”ya keçmişdi. “Roma” braziliyalı müdafiəçi üçün Berqamo təmsilçisinə 8 milyon avro ödəyəcək. İbanes “Roma”da daha əvvəl qazandığından iki qat çox maaş alacaq.

İbanes bu mövsüm A Seriyasında 22 oyuna çıxıb.