İtaliya klubunun 21 futbolçusu koronavirusa yoluxdu

İtaliyanın “Recina” klubunun 27 üzvü koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. “Recina”da əvvəlcə 16, daha sonra isə 11 nəfərin koronavirus testinin müsbət çıxdığı bildirilib.

Virusa yoluxanların 21-i futbolçu, 2-si baş məşqçi və onun köməkçisi, digər 4 nəfər isə klubun işçisidir.

“Recina” İtaliya B Seriyasında mübarizə aparır.