Azərbaycan millisinə qol vuran futbolçu “Napoli”də – rəsmi

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Selta”dan Stanislav Lobotkanı transfer edib. Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

22 dəfə Slovakiya millisinin formasını geyinən Lobotka, yığmada üç qol vurub. O, Slovakiya millisinin AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşdığı və 5:1 hesabıyla qalib gəldiyi oyunda komandasının ilk qolunu vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button