
“Milan”dan çinli azarkeşlərinə maska yardımı
İtaliyanın “Milan” klubu koronavirusla mübarizəyə kömək etmək məqsədiylə 600 min avroya yaxın ianə toplayıb.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın rəsmi saytı məlumat yayıb. Klubdan edilən açıqlamada, toplanan ianə barədə bunlar deyilib:
“Müəyyən bir hədəfə çatdıq. Klubun rəhbərliyinin, futbolçuların, məşqçilərin verdikləri ianələrlə bu rəqəmi daha da yüksəklərə qaldıra bilərik”.
“Milan” rəhbərliyi koronavirusla mübarizə çərçivəsində çinli azarkeşlərə 16 min maska paylayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



