“Milan” Çalhanoğlunun yerini onunla doldurmaq istəyir

İtaliyanın “Milan” klubu Hakan Çalhanoğlunun “İnter”ə transfer olunmasından sonra bu mövqeyə yeni futbolçu transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Çelsi”dən Hakim Ziyexlə yaxından maraqlanır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. “Milan” mərakeşli yarımmüdafiəçini icarəyə götürmək istəyir.

“Qırmızı-qaralar” Ziyexdən müsbət cavab almasa, “Real”dan Dani Sebalyos, PSJ-dən Rafinya, “Verona”dan isə Mattia Zakkaqni variantlarını nəzərdən keçirəcək.