“İnter” futbolçusunu icarəyə göndərdi – rəsmi

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “İnter”dən Dalberti heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi 2021/2022 mövsümünü icarə əsasında “Kalyari”də keçirəcək.

2017-ci ildən “İnter”də çıxış edən braziliyalı müdafiəçi ötən mövsümü icarə əsasında Fransanın “Renn” komandasında keçirib.