“Skudetto sözünü deməkdən qorxmuram” – “İnter”in futbolçusu

İtaliyanın “İnter” klubunun futbolçusu Arturo Vidal açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan çilili yarımmüdafiəçi, hədəflərinin A Seriyasında çempionluq olduğunu deyib:

“Skudetto sözünü deməkdən qorxmuram. Bu, bizim hədəfimizdir. Mən İtaliyada, Almaniyada, İspaniyada çempionluq yaşamışam. Hər gün çalışmalı, addım-addım getməliyik. Çempion olmaq istəyən futbolçulardan ibarət bir komandamız var. Çempionlar Liqası ilə vidalaşmağımız kədərlidir, amma bizim daha vacib hədəflərimiz var. Mümkün olan hər şeyi etməliyik”.

“İnter” A Seriyasında 2-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button