“İnter”in qapıçı hədəfləri

İtaliyanın “İnter” klubu qış transfer pəncərəsi dövründə heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, “neradzurra”nın əsas hədəfi “Udineze” klubunda çıxış edən Xuan Mussodur. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Udineze” 26 yaşlı qapıçı üçün “İnter”dən 30 milyon avro tələb edir.

“İnter” Mussonun keçidini reallaşdıra bilməsə, digər hədəfi “Şaxtyor”dan Anatoli Trubin olacaq. 19 yaşlı qapıçı bu mövsüm Donetsk klubu ilə sərgilədiyi performansla diqqətləri üzərinə çəkməyə bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button