“Atalanta”nın futbolçusu vəfat etdi
İtaliyanın “Atalanta” klubunun futbolçusu Andrea Rinaldi vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mayın 8-dən xəstəxanada olan 19 yaşlı futbolçu bu gün dünyasını dəyişib.
Həkimlər, Rinaldiyə beyin anevrizması diaqnozu qoymuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin