Karyerasını bitirir – sabah rəsmən açıqlayacaq

İtaliya yığmasının və “Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizio karyerasını bitirir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Markizionun sabah mətbuat konfransı keçirəcəyi və karyerasını bitirdiyini rəsmən açıqlayacağı bildirilir.

“Yuventus”un yetirməsi olan Markizio, 2005-2018-ci illər aralığında Turin təmsilçisində forma geyinib. Daha sonra “Zenit”ə keçən yarımmüdafiəçi hazırda klubsuzdur. İtaliya yığmasında 55 oyun keçirən Klaudio, 5 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button