Universitetə qəbul olundu, peşəkar futbolçu karyerasını dayandırdı

İtaliyanın U-18 milli komandasının və “Peskara” klubunun üzvü Alessandro Arlotti peşəkar futbolçu karyerasını dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə “Sport1” telekanalı məlumat yayıb. Arlotti ABŞ-ın Harvard universitetinə qəbul olunub və “Peskara” klubundan ayrılıb. Gənc hücumçu bundan sonra universitetin komandasında çıxış edəcək.

Fransanın “Monako” klubunun yetirməsi olan Arlotti ötən ilin sentyabr ayında “Peskara” ilə müqavilə imzalamışdı. 18 yaşlı hücumçu İtaliyanın U-18 yığmasında 3 oyuna çıxıb.