
İtaliya millisində yeni baş məşqçi
İtaliya millisinin müvəqqəti baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
Yığma hazırda U-21 millisinə rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb. 67 yaşlı mütəxəssislə iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. O, bu vəzifədə Cennaro Qattuzonu əvəzləyib.
Qattuzo İtaliya millisinin DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya uduzaraq mübarizəni dayandırmasından sonra istefaya göndərilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



