“Turnir cədvəlinə baxanda, mövsümün belə bitirilməsinə qarşıyam” – Lippi

İtaliya milli komandasının sabiq baş məşqçisi Marçello Lippi koronavirus pandemiyası haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lippi, İtaliya A Seriyasında mövsümün tamamlanmalı olduğunu deyib:

“Hazırda futbol oynamaq üçün şərait yoxdur və bu ay bunun olacağını da düşünmürəm. Ancaq böyük təhlükə keçdikdə, mövsüm bərpa olunub, tamamlanmalıdır, boş tribunalar önündə olsa belə. Azarkeşsiz oyunların marağı olmasa da, matçları televiziyadan izləmək olar. Turnir cədvəlinə baxanda, mövsümün belə bitirilməsinə qarşıyam. Çempionatın taleyi meydanda həll olunmalıdır”.

İtaliya A Seriyası koronavirusa görə qeyri-müəyyən müddətə təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button