İtaliya klubu sabiq baş məşqçisinə həvalə olundu

İtaliyanın “Parma” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Fabio Liveranini istefaya göndərən A Seriyası təmsilçisi baş məşqçi postuna Roberto Daversanı gətirib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, “Parma”nı 2016-cı ildən ötən ilin avqustuna qədər məhz Daversa çalışdırıb. Lakin 2020-ci ilin avqustunda onunla yolları ayıran klub rəhbərliyi komandanı Liveraniyə tapşırmışdı.

“Parma” A Seriyasında 16 turdan sonra 12 xalla 18-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button