
“Komo” Pasın “Real”a qayıtmayacağına inanır
“Komo” yarımmüdafiəçisi Nikolas Pasın mövsümün sonunda “Real”a qayıtmaqdan imtina edəcəyinə ümid edir.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 21 yaşlı futbolçunu komandada saxlamaqda maraqlıdır və bunun üçün müxtəlif amillərə güvənir. Klub hesab edir ki, əsas faktor Pas üçün sabit oyun vaxtı olacaq. Belə ki, Madrid təmsilçisində ona müntəzəm şans verilməsi sual altındadır.
Bundan əlavə, “Komo”nun növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq ehtimalı da oyunçunun qərarına təsir edə bilər.
Argentinalı futbolçu cari mövsümdə bütün turnirlərdə 33 oyunda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. O, “Komo”ya 2024-cü ildə məhz “Real”dan transfer olunub.
Bizi Facebook-da izləyin



