“İnter” “Mançester Yunayted”in hücumçusunu izləyir

“Mançester Yunayted”in hücumçusu Antoni Marsial “İnter”ə keçə bilər.

Komanda.az “Gazzeta dello Sport”-a istinadən xəbər verir ki, Milan klubunun skautları hazırda fransalı futbolçunun səviyyəsini qiymətləndirmək üçün onu izləyirlər.

28 yaşlı Marsial bu mövsüm 19 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button