İsveçrə millisinin üzvü Almaniya klubunda

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Yanq Boyz”dan Kevin Mbabunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı sol cinah müdafiəçisi ilə 2023-cü ilə qədər müqavilə imzalanıb.

Kevin yeni klubunda 19 nömrəli forma altında çıxış edəcək. İsveçrə millisinin də şərəfini qoruyan müdafiəçi, “Volfsburq”a növbəti mövsümdən qoşulacaq.