Tuxel Premyer Liqa klubunun namizədləri arasındadır

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Mançester Yunayted”də Erik ten Haqı əvəz edə bilər.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı niderlandlı mütəxəssisin yerinə namizədlər siyahısındadır.

O, mövsümün sonunda Münhen klubundakı postunu tərk edə bilər. Daha əvvəl Tuxelin “Bayern”i tərk etməyi planlaşdırdığı bildirilirdi. Lakin daha sonra mətbuatda onun Almaniya klubunda qala biləcəyi ilə bağlı məlumatlar yayılıb.

“Mançester Yunayted” Premyer Liqanın 34 turundan sonra 54 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button