“Tottenhem”dən “Sevilya”ya – rəsmi

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Tottenhem”dən Erik Lamelanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sevilya” Lamela ilə 3 illik müqavilə imzalayıb.

Argentinalı yarımmüdafiəçi yeni komandasında 17 nömrəli formada mübarizə aparacaq.