“Real” onu transfer edib, icarəyə göndərir

İspaniyanın “Real” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi “Malaqa”dan Huqo Valyexonu transfer etməyə yaxındır. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, “Real”ın “Malaqa” ilə razılaşdığı və 19 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayacağı bildirilir.

“Real”, Valyexo ilə rəsmi müqavilə imzaladıqdan sonra onu “Deportivo” klubuna icarəyə verəcək.

İspan hücumçu bu mövsüm “Malaqa” ilə Sequndada 5 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button