“Barselona” aparıcı futbolçularını sata bilər

İspaniyanın “Barselona” klubunda heyətin yenidən qurulması üçün bəzi futbolçular satıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Cadena Ser” radiosu məlumat yayıb. Xəbərdə, maliyyə durumu yaxşı olmayan Kataloniya təmsilçisində qışda bəzi aparıcı futbolçularla yolların ayrıla biləcəyi qeyd olunub.

“Barselona” rəhbərliyi Serjinyo Dest, Kleman Lanqle, Frenki de Yonq, Mark-Andre ter Ştegen kimi oyunçular üçün də gələcək təklifləri dəyərləndirə bilər. Kataloniya təmsilçisinin əsas planı daha az maaşa oynayacaq yaxşı heyət qurmaqdır.