“Barselona” onun üçün yayı gözləyəcək

İspaniyanın “Barselona” klubu yayda heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Mançester Yunayted”lə müqaviləsi iyula qədər olan Edinson Kavanini heyətinə cəlb etmək istəyir. Bu barədə “The Times” nəşri məlumat yayıb.

“Barselona” 34 yaşlı hücumçunu yayda azad agent kimi heyətinə qatmağı düşünür. Kataloniya təmsilçisi bunun üçün yanvardan Kavani ilə danışıqlara başlayacaq.

Kavaninin “Mançester Yunayted”lə sözləşməsi 2022-ci ilin yayına qədərdir. Uruqvaylı hücumçu “qırmızı şeytanlar”la 47 oyunda 18 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button