“Atletiko”nun hədəfindəki 3 hücumçu

İspaniyanın “Atletiko” klubunun qıs fasiləsindəki transfer hədəfləri məlum olub.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone komandanın heyətinə hücumçu transfer edilməsini istəyir. Bu barədə AS nəşri məlumat yayıb. Simeone, “Milan”dan Kşiştof Pyontek, PSJ-dən Edinson Kavani, ya da “Torino”dan Andrea Bellottinin transfer edilməsini istəyir.

Pyontek və Belottinin transfer edilməsi çətin görünür. Çünki hər iki hücumçunun klubu ilə uzunmüddətli müqaviləsi var. Ancaq Fransa mətbuatı Kavaninin yanvarda “Atletiko” ilə rəsmi müqavilə imzalayacağını iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button