“Belə olarsa, İslandiya bizi cəzalandıra bilər” – Cengiz Ündər

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün İslandiya yığması ilə qarşılaşacaq Türkiyə milli komandasının futbolçusu Cengiz Ündər açıqlama verib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zədəsini sağaldaraq, milliyə geri qayıdan futbolçu, İslandiyanın çətin rəqib olduğunu deyib:

“AÇ-2020-nin final mərhələsinə qatılmaq üçün böyük şansımız var, amma hələ heç nə bitməyib. İslandiya ilə oyunda bir xal bizə kifayət edəcək, amma son ana qədər səbirli oynamaq məcburiyyətindəyik. Rəqibin qalib gəlməkdən başqa çarəsinin olmaması oyunu daha da çətinləşdirir. Oyun ərzində bir an belə diqqətimizi, nəzarətimizi itirməməliyik. Belə olarsa, İslandiya bizi cəzalandıra bilər”.

Türkiyə – İslandiya oyunu bu gün, saat 21:00-da start götürəcək.