İslamiada: Azərbaycan gimnastı gümüş medal qazandı

Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında gümüş medal qazanıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı idmançı çoxnövçülükdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Azərbaycan yığması isə komanda hesabında 4-cü yeri tutub.

Bu, Azərbaycanın İslamiada qazandığı 13-cü medaldır. Bu gün güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Abubakr Abakarov (86 kq), Mariya Stadnik (50 kq), Alyona Kolsenik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) bürünc medal qazanıb. Taekvondoçulardan isə Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) isə bürünc medala sahib çıxıb. Daha öncə taekvondoda Qaşim Maqomedov (58 kq) bürünc, yüngül atletikada Aleksis Kopello gümüş, çəkicatmada isə Anna Skidan qızıl medal qazanmışdı.