İsayevdən “Turkish Open”də gümüş medal

Türkiyənin İstanbul şəhərində təşkil edilən “Turkish Open” beynəlxalq turnir davam edir.

Komanda.az xəbər verir ki, bu gün daha bir idmançımız fəxri kürsüdə yer alıb.

87 kq yuxarı çəki dərəcəsində mübarizəyə qoşulan Radik İsayev finala kimi irəliləsə də, həlledici döyüşdə ispan idmançıya məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Bu, komandamızın turnirdə artıq ikinci medalıdır. Belə ki, ilk yarış günündə millinin liderlərindən olan Milad Hərçəqani qızıl medal qazanmışdı.

Xatırladaq ki, böyüklər arasında yarışlar martın 12-də də davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button