“İlk dəfədir ki, Mourinyo ilə razılaşa bilmirəm” – Sabiq futbolçu

Tanınmış sabiq futbolçu Emmanuel Adebayor, “Benfika”nın baş məşqçisi Joze Mourinyonun “Real”ın hücumçusu Vinisius Junior haqqındakı fikirlərinə münasibət bildirib. Braziliyalı futbolçu “Benfika” ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin matçında (1:0) hakimə rəqibin oyunçusu Canluka Prestianni tərəfindən irqçi təhqirlərə məruz qaldığını deyib. Mourinyo da Vinisiusu tənqid edib və bəziləri bunu “irqçiliyə haqq qazandırmaq” kimi qəbul edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu hadisə haqda bunu deyib:

“Mourinyonun bu məsələdə tamamilə səhv etdiyini düşünürəm və ilk dəfədir ki, onunla razılaşa bilmirəm. İrqçiliyin futbolda yeri yoxdur”.

“Real”la “Benfika” arasında cavab oyunu fevralın 25-də, Madriddə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button