
İranlı hüquqşünas millinin futbolçuları haqda: “Onlar böyük təhlükə altındadır”
İranlı insan haqları fəalı qadın futbolçuların öz ölkələrində edam cəzasına məhkum edilə biləcəyini düşünür.
Daha əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi İran milli komandasının oyunçularını matçda dövlət himnini ifa etmədiklərinə görə tənqid etmişdi:
“Müharibə dövründə xainlərə daha sərt davranılmalıdır”.
Məlumata görə, beş futbolçu Avstraliya polisi vasitəsilə komanda düşərgəsindən qaçaraq humanitar vizalarla sığınacaq alıb. Sonradan daha iki oyunçu Avstraliyada sığınacaq istəyib, ancaq onlardan biri sonradan vətəninə qayıtmaq qərarı verib.
Sığınacaq prosesində iştirak edən Rəsuli bildirib ki, Avstraliya hökuməti “qızların burada qalması və qorunma alması üçün bütün qapıları açıb”.
Hüquq müdafiəçisinin sözlərinə görə, İrana qayıdan futbolçular ölüm cəzası ilə üzləşə, onların ailələri isə rejim tərəfindən cəza və təqiblərlə qarşılaşa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rəsuli onların böyük təhlükə altında olduqlarını bildirib:
“Onlar böyük təhlükə altındadır. Bir çox fərqli təhdidlər mövcuddur: ailələrinin həbs edilməsi, mülklərinin müsadirəsi və s. Buna görə də əksər qızlar evə qayıtmaqdan çəkinir, çünki təhdidlər bu məsələdə ciddi problem yaradır”.
Vətəninə qayıdan futbolçulardan biri sığınacaq almasına baxmayaraq, bu qərarı verib.
Bizi Facebook-da izləyin



