“İnter”in əla futbol oynadığını inkar etmək axmaqlıq olardı” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi komandanın son mövsümlərdəki çıxışı haqda fikirlərini bildirib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının baxımlı oyun sərgilədiyini deyib:

“Komandanın əla futbol oynadığını inkar etmək axmaqlıq olardı. Artıq iki il yarımdır ki, biz bunu edirik. Bu müddət ərzində “İnter” beş kubok qazanaraq Çempionlar Liqasının finalına yüksəlib. Komandam baxımlı oyun göstərir. Bu mövsüm A Seriyasında yaxşı liderliyimiz var”.

“İnter” A Seriyasının 26 turundan sonra 69 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

İnzaqi 2021-ci ildən komandaya rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button