“İnter”dən ayrılan futbolçunun yeni klubu rəsmən açıqlandı

“İnter”lə yollarını ayıran Joao Marionun yeni klubu rəsmən məlum olub.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Benfika” klubuna keçib. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mario ilə 5 illik müqavilə imzalanıb.

Mario 2016-cı ildən “İnter”də oynayırdı. Lakin o, son mövsümləri icarə əsasında İngiltərənin “Vest Hem”, Rusiyanın “Lokomotiv” (Moskva) və Portuqaliyanın “Sportinq” klublarında keçirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button