Portuqaliya millisinin üzvü Fransaya köçür – Danışıqlar başladı

“İnter”in futbolçusu Joao Mario karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə “Monako” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Klubların artıq danışıqlara başladığı və ilkin razılığın əldə olunduğu bildirilir.

Portuqaliya millisinin də formasını geyinən Mario, 2016-cı ildən “İnter”də çıxış edir. Yarımmüdafiəçinin Milan təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button