“Bundan heç də məmnun deyiləm” – Konte

“İnter”in baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 9-cu turunda “Parma” ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Konte, 2:2 hesabıyla bitən oyunu belə şərh edib:

“Bizə digər komandaların nəticələri lazım deyil, özümüzə baxmalıyıq. İlk hissə bizim üçün uğursuz oldu. “Parma” düzgün şeylər edirdi, biz də onlara kömək etdik – sadə iki qol buraxdıq. Fasilədən sonra oyunumuzu düzəltdik və qələbəyə layiq idik.

Futbolçularımdan çox şey istəyə bilmərəm, çünki bu oyun, artıq 6 gün ərzində üçüncüdür. Demək olar ki, bütün oyunlara eyni heyətlə çıxırıq. Bunun müxtəlif səbəbləri var. Bundan heç də məmnun deyiləm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button