“İnter”i tərk etməyim üçün heç bir səbəb yoxdur” – Niderlandlı müdafiəçi

“İnter”in müdafiəçisi Denzel Dumfris İtaliya klubundakı gələcək taleyindən danışıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, Milan klubunu sevdiyini deyib:

“İnter”i sevirəm. Klubu tərk etməyim üçün heç bir səbəb yoxdur. Futbol hazırda çox dinamikdir: oyunçular müxtəlif klublara transfer olurlar. Görək, bundan sonra nələr olacaq”.

Niderlandlı futbolçu 2021-ci ilin yayından “neradzurra”nın formasını geyinir. Onun klubla müqaviləsi 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

O, 2022/23 mövsümündə “İnter”in heyətində 51 oyuna çıxıb, iki qol vurub və yeddi məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button