“İnter”də itki – “Fiorentina” ilə oyunu buraxacaq

“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç A Seriyasının “Fiorentina” ilə oyununu buraxacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı xorvatiyalı futbolçu topuğundakı zədə səbəbindən meydana çıxmayacaq.

Brozoviç Xorvatiya millisinin qarşıdakı oyunlarını da buraxa bilər.

A Seriyasının 30-cu turunun “İnter” – “Fiorentina” matçı bu gün keçiriləcək və saat 21.00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button