“İnter” Sançesi transfer etdi – rəsmi

“İnter” “Mançester Yunayted”dən Aleksis Sançesi transfer etdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, Milan klubu çilili futbolçuyla 2023-cü ilin iyulunadək nəzərdə tutulan müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“İnter” Sançes üçün “qırmızı şeytanlar”a təzminat məbləği ödəməyib.

Sançes son mövsümü icarə əsasında “İnter”də keçirib.