“İnter” İkardini satsa…” – Forlan

Uruqvay millisinin keçmiş hücumçusu Dieqo Forlan, Antuan Qrizmannla bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı keçmiş futbolçu, Qrizmannın “İnter”ə transfer oluna biləcəyini deyib:

“Qrizmann “Atletiko”da oynamağa davam etsə, orda bir əfsanə olacaq. Amma “İnter” Mauro İkardini satsa, Qrizmannı transfer edəcəyini bildirib”.

Qrizmannın hazırkı təzminat məbləği 200 milyon avrodur, lakin müqavilənin şərtlərinə görə, bu məbləğ iyulun 1-dən 120 milyon avroya düşəcək.

Fransalı futbolçu bu mövsüm “Atletiko”nun heyətində iştirak etdiyi 39 oyunda 18 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button