“İnter” Lukakunun gedişini asanlıqla yaşayacaq”

“İnter”in sabiq qapıçısı Valter Zenqa Romelu Lukakunun komandadan getməsi ehtimalına münasibət bildirib.

Komanda.az “İTA Sport Press”-ə istinadən xəbər verir ki, Zenqa, Milan klubunun belçikalı forvardın gedişindən “sağ çıxacağını” deyib:

“Lukaku “Yuventus”a keçəcək. Amma mənim, Ronaldonun, Joze Mourinyonun gedişindən sağ çıxdıqları kimi, “İnter” bu gedişi asanlıqla yaşayacaq. “İnter” istənilən futbolçudan daha vacibdir”.

“Çelsi”yə məxsus olan Lukaku 2022/23 mövsümündə “İnter”də icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 37 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button