
“Xüsusi missiyası olan adamam” – Lukaku
“İnter” klubunun futbolçusu Romelu Lukaku maraqlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı hücumçu bunları deyib:
“Mən xüsusi missiyası olan adamam. DÇ-2018-lə vidalaşdıqdan sonra məyus olmuşdum. İnanılmaz bir şeyə yaxınlaşmışdıq, ancaq olmadı. Buna görə bu, mənə çox təsir etdi. “İnter”ə keçəndə möhtəşəm bir enerjiylə dolu olduğumu gördüm”.
2019-cu ilin yayında “İnter”ə keçən Lukaku, bu mövsüm A Seriyasında 25 oyunda 17 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



